CNN xəbər verir ki, ABŞ Baş Prokurorluğu ölkənin daxili siyasətində xarici təsirlərə qarşı mübarizə aparmaq üçün yaradılmış işçi qrupunu ləğv edib.
ABŞ Baş prokuroru Pam Bondun göstərişinə əsasən, ABŞ-da Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) cinayət tətbiqi məhdudlaşdırılır.
Pam Bondi ABŞ-da xarici təsirlərə qarşı işləyən Federal Təhqiqatlar Bürosunun (FTB) Əməliyyat-Taktik Qrupunu da bağlayıb.
FTB-nin Xarici Təsirlərə Qarşı Tədbirlər üzrə İşçi Qrupu 2017-ci ildə ABŞ prezidenti Donald Tramp tərəfindən təyin edilmiş FTB direktoru Kristofer Rey tərəfindən yaradılıb.
Bondun sərəncamına əsasən, qərarın məqsədi “daha aktiv məsələlərə resursların ayrılması və prokurorluğun silah kimi istifadəsinə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə son qoymaqdır.
Bundan əlavə, Pam Bondun digər göstərişinə əsasən, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən yaradılan və Moskvaya qarşı sanksiyaların tətbiqi və Kremlə yaxın oliqarxların aktivlərinin ələ keçirilməsi üçün çalışan işçi qrupu ləğv edilib.