This is a specific ad

Çinin ən böyük aviaşirkəti bu aydan Gürcüstana birbaşa uçuşlara başlayacaq

75

Another advertisement

Çinin ən böyük aviaşirkəti AIR CHINA Gürcüstan və Çin Xalq Respublikası arasında birbaşa sərnişin reyslərinin həyata keçirilməsində maraqlıdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “AIR CHINA” cari ilin sentyabr ayından etibarən Tbilisi ilə Urumçi arasında həftədə 3 dəfə reyslərin həyata keçirilməsini nəzərdən keçirir. Uçuşlara başlamaq üçün aviaşirkətlə məsləhətləşmələr aktiv rejimdədir.

“Gürcüstan və Çin arasında viza rejiminin ləğvi mülki aviasiya sektorunda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birbaşa uçuşların tezliyinin artırılması və uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində danışıqlara əlavə təkan verib.

Yeni aviaşirkətin fəaliyyətə başlaması iki ölkə arasında sərnişin axınının artmasına və ticarət-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcək”, – deyə agentlik qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ-da manyak qətl kultunun lideri, 20 yaşlı gürcü həbs edilib
Öncəki yazı
Tbilisidə şəxs qonşusuna soyuq silahla xəsarət yetirib