This is a specific ad

Çingiz Aytmatovun Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş “Dağlar yıxılanda” kitabı çap olunub

10

Another advertisement

Qafqaz Türk. com” xəbər verir ki, böyük qırğız yazıçısı, Türk dünyasının və dünya ədəbiyyatının fəxri ustad Çingiz Aytmatovun anadan olmasının 95 illiyi münasibətlə onun yazıçı-tərcüməçi, həmyerlimiz Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş “Dağlar yıxılanda” kitabı çap olunub.

Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitaba yazıçının sonuncu “Dağlar yıxılanda” romanı, “Üz-üzə” povesti və hekayələri daxil edilib.

Kitabın rəyçisi filologiya elmləri doktoru, professor BədirxanƏhmədli, mətndəki şeirlərin tərcüməçisi Nurafiz, redaktoru isə İlqar İlkindir (hər üçü Gürcüstanlı).

“Ön söz”ü isə böyük yazıçının oğlu, Beynəlxalq Ç.Aytmatov Fondunun prezidenti Eldar Aytmatov yazıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
3 oktyabr tarixinə olan rəsmi valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Yevlax və Xocalı görüşünün yekun nəticələri – XÜLASƏ