Çində 127 milyondan çox insan daşqın təhlükəsi ilə üz-üzədir

0

Çinin cənubundakı Quandun əyalətində böyük çayların daşması genişmiqyaslı daşqınlara səbəb ola bilər.

QafqazTürk.com “The Guardian”a istinadən xəbər verir ki, 127 milyondan çox insan təhlükə altındadır.

Sinoptiklər xəbərdarlıq edir ki, Xijiang və Pekin çaylarının səviyyəsi təhlükəli həddə yaxınlaşır.

Yerli hakimiyyət orqanlarına mümkün təbii fəlakətə hazırlıq işlərinə başlamaq tapşırılıb.

Son həftələr əyalətdə güclü leysan yağıb.

Qeyd olunur ki, Çinjuan şəhərində (Quandun əyaləti) artıq 20 min nəfər təxliyə edilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə İŞİD-ə qarşı xüsusi əməliyyat
Öncəki yazı
Əslən Qardabanidən olan görkəmli riyaziyyatçı alim dünyasını dəyişib