Çin avtomobil idxalı yenidən artmaqdadır.
QafqazTürk Media xəbər verir ki, Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Çindən 67% çox avtomobil idxal edilib.
O cümlədən, ötən ilin 9 ayında Gürcüstan 1 209 ədəd (15 216 milyon ABŞ dolları), bu ilin eyni dövründə 2 018 ədəd (30 246 milyon ABŞ dolları) Çin avtomobili alıb.
Aylıq məlumatlara gəlincə, sentyabrda Çindən 217 avtomobil (2,388 milyon ABŞ dolları), avqustda 152 ədəd (2,074 milyon ABŞ dolları) idxal edilib.
Aylar üzrə qiymətləri nəzərə alsaq, Çin avtomobillərinin orta qiyməti azalıb. O cümlədən, sentyabr ayında orta məhsul vahidinin qiyməti 11 min ABŞ dolları, avqustda 13,6 min ABŞ dolları, iyulda 12,2 min ABŞ dolları, iyunda 13,4 min ABŞ dolları, may ayında 26,2 min ABŞ dolları və s.