Çində torpaq sürüşməsi nəticəsində azı 1 nəfər ölüb, 28 nəfər itkin düşüb

69

Çinin cənub-qərbində baş verən sürüşmə nəticəsində azı bir nəfər ölüb, 28 nəfər itkin düşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

KİV-in məlumatına görə, şənbə günü səhər saat 11:50-də Siçuan əyalətinin Jingping kəndində torpaq sürüşməsi baş verib, 10 evi basdırıb. Xilasedicilər iki nəfəri xilas edə biliblər.

Ölkənin Fövqəladə Hallar Bürosunun açıqlamasında deyildiyi kimi, hadisə yerində komanda mərkəzi fəaliyyət göstərir.

Çin prezidenti Si Cinpin qapalı vəziyyətdə qalan vətəndaşları xilas etmək üçün genişmiqyaslı xilasetmə əməliyyatına göstəriş verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə sərnişin avtobusu dərəyə düşüb – ölən var
Öncəki yazı
Egey dənizində güclü silsilə zəlzələlər yenidən təkrarlanıb