This is a specific ad

Cinayətkarlıqla effektiv mübarizə indeksinə əsasən Gürcüstan bu yerdə qərar tutub

12

Another advertisement

Dünya Bankının “Qlobal Rifah Məlumat Bazası” 142 ölkədə qanunun aliliyi göstəricilərinin qiymətləndirilməsinə həsr olunmuş “Dünya Ədalət Layihəsi”nin 11 illik tədqiqatının nəticələrinə əsaslanan  cinayətkarlıqla effektiv mübarizə indeksini dərc edir.

QafqazTürk  Media xəbər verir ki, 100%-lik effektiv cinayət nəzarəti qiymətləndirmə sistemi ilə Gürcüstan 92% qazanıb.

O, dünyanın ilk 20 ölkəsi arasında, İrlandiya və Rumıniya ilə birlikdə Avropada 10-cu yerdə qərarlaşıb.

İndeksə görə, cinayətkarlıqla effektiv mübarizədə Gürcüstan inkişaf etmiş ölkələrin əksəriyyətini, 24 Aİ və NATO-ya  üzv ölkəni və Böyük Yeddiliyin 6 dövlətini: Amerika Birləşmiş Ştatlarını, Kanadanı, Böyük Britaniyanı, Almaniyanı, Fransanı, İtaliyanı, İspaniyanı, Portuqaliyanı, Avstraliyanı, Belçikanı, İsveçi, Avstriyanı , Polşanı, Estoniyanı, Litvanı, Latviyanı, Slovakiyanı, Bolqarıstanı, Macarıstanı, Yunanıstanı, Kipri, Maltanı, Albaniyanı, Türkiyəni, Şimali Makedoniyanı və s.

Qeyd edək ki, Gürcüstan postsovet ölkələri arasında birinci yerdədir və bütün qonşu ölkələri qabaqlayır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avropa İttifaqı Ukraynaya borc olaraq bu məbləği ayıracaq
Öncəki yazı
Bloomberg-ის სავაჭრო პლატფორმაზე ლარმა გამყარება დაიწყო