Çin XİN: “ABŞ-ın əsas rəqibi biz deyilik”

0

“Çin ABŞ-ın əsas rəqibi deyil, bunu demək strateji səhvdir”.
QafqazTürk.com “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
Onun sözlərinə görə, ABŞ Çinlə işləməlidir və Pekinə qarşı təqibləri dayandırmalıdır.
“Ölkələr ikitərəfli münasibətləri sabit inkişaf yoluna çıxarmalı və bir-birinin “daxili və xarici siyasəti haqqında düzgün təsəvvür formalaşdırmalıdır”, – Venbin bildirib.
Qeyd edək ki, Van Venbin bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində çıxış edib. Blinkenin iyunun 18-də Pekinə səfəri planlaşdırılır ki, bu, Amerikanın yüksək səviyyəli rəsmisinin son illərdə Çinə ilk səfəridir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Sadaxlılı Xudiyeva Rəqsanənin sizin köməyinizə ehtiyacı var
Öncəki yazı
Hava şarında yanğın: 7 nəfər…