This is a specific ad

Çin və Rusiya siyasi arenada tərəfdaşlığı gücləndirir – ƏTRAFLI

73

Another advertisement

“Çin müharibəni dayandırmaq üçün sülh danışıqlarını davam etdirəcək,” – QafqazTürk xəbər verir ki, bu barədə Çin Xarici İşlər naziri Tsin Qan rus həmkarı Sergey Lavrovla görüşündə bəyan edib.

“Çin böhranın siyasi həllinə real töhfə vermək üçün Rusiya ilə əlaqə və koordinasiyanı davam etdirməyə hazırdır”, – Tsin Qan qeyd edib.

Görüş zamanı xarici işlər nazirləri ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindən də danışıblar. Çin diplomatının dediyinə görə, bu əlaqələr Çin prezidentinin Rusiyaya səfərindən sonra xüsusilə möhkəmlənib.

Rusiya və Çin xarici işlər nazirləri Hindistanın Qoa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin sammiti çərçivəsində görüşüblər.

Sonrakı yazı
İtaliya çempionatının qalibi məlum oldu 
Öncəki yazı
“Avropa Günü” münasibətilə konsert keçiriləcək