Another advertisement
Çin, İran və Rusiya Hərbi Dəniz Qüvvələri mart ayında birgə təlimlər keçirəcək.
QafqazTürk Media xəbər verir ki, Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Təhlükəsizlik kəməri-2025” adlanan təlim İranın Çabahar limanı yaxınlığındakı ərazilərdə planlaşdırılır.
Təlim planına dəniz qüvvələrinin zərbə hədəfləri, zərərə nəzarət, eləcə də birgə axtarış-xilasetmə əməliyyatları üzrə təlimlər daxildir.
Çin Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin məqsədi hərbi qarşılıqlı etimadı gücləndirmək və iştirakçı ölkələrin hərbi və dəniz qüvvələri arasında praqmatik əməkdaşlığı dərinləşdirməkdir.