Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış edib

84

Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə töhfə verməlidir.

QafqazTürk Media xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Van İ deyib.

O bildirib ki, Avropa bu böhranın səbəblərinin aradan qaldırılmasında rol oynamalıdır.

Çin rəsmisi xatırladıb ki, Pekin əvvəldən münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub.

“Güc üsulları və sanksiyalar bütün məsələləri tamamilə həll etmək iqtidarında deyil”, – o qeyd edib.

Sonrakı yazı
ABŞ Vitse-Prezidenti : Avropa üçün təhlükə Rusiya, Çin və ya hər hansı digər xarici aktor deyil, daxili təhlükədir
Öncəki yazı
“Mən etdim, belə də olacaq” prinsipi… – Ərdoğan