Another advertisement
CNN xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən mallara rüsumları ikiqat artıran sərəncam imzalamasından sonra Çin bəzi Amerika mallarına cavab rüsumlarını elan edib.
Çin Dövlət Şurasının Tarif Komissiyasından verilən açıqlamada toyuq əti, buğda, qarğıdalı və pambığa 15% tarif tətbiq ediləcəyi bildirilir. Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvələr, tərəvəzlər və süd məhsullarına 10% tarif tətbiq ediləcək.
Xatırladaq ki, Donald Tramp Çin mallarına rüsumların iki dəfə artırılmasını, 10%-dən 20%-ə qədər artırılmasını nəzərdə tutan sərəncam imzalayıb.