Another advertisement
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, senator Cim Rişinin fikrincə, Rusiya Gürcüstanda törətdiyi cinayətlərə görə cavab verməli və Gürcüstanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır.
Qafqaztürk.com xəbər verir ki, ABŞ senatoru bu barədə Twitter-də yazıb.
“15 il əvvəl Rusiya Gürcüstana qanunsuz müdaxilə edib, onun ərazisini işğal edib, Abxaziya və Cənubi Osetiya vətəndaşlarının hüquqlarını pozub. Rusiya dezinformasiya yaymaqda və minlərlə günahsız gürcüləri təqib etməkdə davam edir”, – bəyanatda deyilir.