Cılızanın qayıtması 100 il əvvəlki işğalın tanınmasıdırmı? – ARAŞDIRMA

34

Gürcüstan, Azərbaycan və Ermənistan sərhədlərini demarkasiya etməyə hazırlaşırlar. Uzun müddətdir ki, yüksək səviyyəli gürcü-erməni təmaslarında Paşinyanın Gürcüstanla da müəyyən əraziləri qaytarması haqqında delimitasiya-demarkasiya işlərini gücləndirdiyi barədə şayiələr yayılıb. Xüsusilə, Lori bölgəsinin Allahverdi ərazisində yerləşən Cılıza kəndinin Gürcüstana qaytarılması haqqında bir çox iddialar ortaya atıldı.

Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə yenidən sərhədlərin delimitasiya-demarkasiyası məsələsini gündəmə gətirmişdi:

Paşinyan, Gürcüstan və Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasının bəyannamədə mühüm element olduğunu bildirib.

Bu gün həmkarımla mən bu birgə bəyannamənin praktiki icrası istiqamətində mümkün və zəruri addımları müzakirə etmək fürsəti əldə etdik. Mən vurğulamaq istəyirəm ki, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qeyd-şərtsiz tanınması həmin bəyannamədə mühüm elementdir. Bu gün biz Ermənistan və Gürcüstan arasında delimitasiya-demarkasiya prosesinin aktivləşdirilməsi imkanlarını da müzakirə etdik”.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan xüsusilə hansı ərazilərin demarkasiya edilməli olduğunu və Cılıza kəndinin də bura daxil olub-olmadığına aydınlıq gətirib.

O, Gürcüstan və Ermənistan baş nazirlərinin görüşündə demarkasiya işləri barədə müzakirələrin olduğunu və çoxdandır ki, bu məsələ haqqında müzakirələrin aparalıdığını bildirmişdi.

Baş nazir bəyanatında nə müzakirə etdiklərini bildirdi. Sizə də məlumdur ki, Gürcüstanla strateji əməkdaşlıq bəyannaməsi mövzusunda demarkasiya mövzusu müzakirə olunub. Ümumiyyətlə, çoxdandır ki, demarkasiyanın olması müzakirə olunurdu“.

Onu da bildirmək lazımdır ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin demarkasiyası məsələsini 1992-ci ildən müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası komissiyaları fəaliyyət göstərsə də, onlar çox passiv rejimdə işləyirlər.

Məsələ ilə əlaqədar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov QafqazTürk.com xəbər portalımıza müsahibəsində bildirib ki, heç kimə sirr deyil ki 100 il bundan əvvəl ölkəmizin Lori bölgəsi fransız və ingilislərin dəstəyi ilə əvvəlcə neytral ərazi elan edilmiş, sonra isə Ermənistanın nəzarətinə verilmişdir. Bu günə qədər də  Ermənistan işğalı altında olan bu ərazilərin qismən də olsa qaytarılması Lori bölgəsinin işğalının de-yure (de-yure – hüquqi və ya diplomatik tanınma) tanınması deməkdir.

19
4
Kateqoriya: Araşdırma
Sonrakı yazı
EURO 2024 ilə əlaqədar Gürcüstandan Almaniya istiqamətində uçuşların tezliyi artır
Öncəki yazı
2023-cü ildə nigah və boşanmaların sayı – STATİSTİKA