This is a specific ad

Çiaturada etirazın ifrat formasına əl atıblar 3 nəfər ağzını tikib

406

Another advertisement

Koroxnalı mədəninin yaxınlığındakı Şukruti kəndində 173-cü gündür ki, yerli sakinlər davamlı olaraq etiraz aksiyası keçirərək çadırlarda gecələyirlər. Bu gün 3 yerli sakin etirazın ifrat formasına əl ataraq aclıq aksiyasına başlayıb və ağızlarını tikiblər.

QafqazTürk Media xəbər verir ki bu barədə etirazçılar sosial şəbəkələrdə məlumat yayıblar.

Məlumat üçün bildirək ki, əhali “Georgian manganez”in fəaliyyəti nəticəsində ətraf mühitə və yaşayış evlərinə dəymiş ziyana etiraz edir. Yerli sakinlər qeyd edirlər ki, şirkətin açıq üsulla filiz çıxarması nəticəsində ətraf mühitə eləcə də, yaşayış evlərinə, kilsələrə, qəbiristanlıqlara ziyan dəyib.

Onlar şirkətdən 2021-ci il müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb edirlər. O cümlədən, aksiya iştirakçıları mədən işlərinin dayandırılmasını və təzminat ödənilməsini tələb edirlər.

Bu il mayın 9-da “Georgian manganez” açıqlama verib ki, Şukruti sakinləri ilə onlar arasında bağlanmış müqavilənin şərtləri pozulmayıb. Şirkətdən verilən məlumata görə, “Georgian manganez” ilə müqavilə bağlayanların 99%-i artıq təzminat alıb.

Xatırladırıq ki, Şukruti sakinləri 2019-cu ilin sentyabrından “Georgian manganez”in vurduğu ziyana görə kompensasiya tələb edir. Etiraz nəticəsində 2021-ci ildə şirkətlə Şukreti kəndi arasında razılaşma əldə olunub.

Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, “Georgian manganez” lisenziyası və icra şərtləri çərçivəsində həyata keçirilən mədən fəaliyyəti nəticəsində əhaliyə dəymiş zərərin adekvat məbləğini müəyyən etməli idi. Şukrutilər şirkətin apardığı audit qiymətləndirmələrinin faktiki zərəri əks etdirmədiyini iddia edirlər. SAİA-nın məlumatına görə, 2021-ci ildə keçirilən etiraz aksiyası nəticəsində əldə olunan razılaşma yerinə yetirilməmiş qalır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Roma-Kutaisi reysində sərnişin dünyasını dəyişib
Öncəki yazı
Azərbaycanda Milli Məclisin növbədənkənar parlament seçkiləri keçirilir