Another advertisement
“Ermənistanın baş nazirinin bəyanatları sülh prosesinin gələcəyini sual altına qoyur”.
QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə görüşündə regional təhlükəsizlik məsələsi ilə əlaqədar etdiyi çıxışında deyib.
“Nikol Paşinyanın ziddiyyətli bəyanatları sülh prosesinin gələcəyini sual altına qoyur”, – deyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Bundan başqa, Bayramovun sözlərinə görə, Azərbaycanın konstruktiv mövqeyinə və atılan addımlara baxmayaraq, Ermənistan tərəfi davamlı olaraq hərbi və siyasi təxribatlar həyata keçirir.