“2025-ci ilin əvvəlindən etibarən Avropa İttifaqı ilə Azərbaycan arasındakı dialoq çərçivəsində ciddi canlanmanın şahidi olduq“
QafqazTürk Media xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Xarici İşlər naziri Margus Tsahknayla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bu kontekstdə Azərbaycan naziri Kaja Kallasın Azərbaycana səfərini xatırladıb.
“Avropa İttifaqının enerji və genişlənmə məsələləri üzrə komissarlarının ölkəmizə səfərləri bu dialoqu əhəmiyyətli dərəcədə canlandırdı. Enerji sektorunda əməkdaşlıq bu gün mühüm dərəcədə genişlənib. 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropa bazarına qaz tədarükünə başladı və Avropa İttifaqının tələbi ilə bu tədarük əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qazın tədarükü üzrə dünyada aparıcı ölkələrdəndir. Qaz tədarükü boru kəmərləri vasitəsilə 14 ölkəyə çatdırılır ki, onlardan 10-u Avropa ölkələridir.” – Ceyhun Bayramov qeyd edib.