This is a specific ad

Çexiya Rusiya patriarxına qarşı sanksiyalar tətbiq edib

19

Another advertisement

Çexiya Rusiya Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edib. Məlumatı Ukrayna KİV-i Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Patriarxın sanksiya siyahısına salınması ilə onun Çexiyaya girişi qadağan edilib və əgər bu ölkədə əmlakı varsa, onların dondurulması nəzərdə tutulur.

Bəyanatda bildirilir ki, Patriarx Kirill Rusiya prezidenti Vladimir Putinin çoxdankı müttəfiqidir və Rusiyanın Ukraynadakı təcavüzünü öz hərəkətləri ilə fəal şəkildə dəstəkləyir.

“Patriarx Kirill tarixi və dini baxımdan Ukrayna ərazisini Rusiyanın bir hissəsi hesab edir. Ona görə də Rusiya və Ukraynanın birliyinə qarşı mübarizə aparanların hamısını “şər qüvvələri” adlandırır.

Patriarx Kirill həmçinin bəyan edir ki, Ukraynadakı təcavüz “Ukraynanın mənəvi təmizlənməsi” və “bəşəriyyətin xilası” uğrunda mübarizədir. Həmçinin, Patriarx Kirill dəfələrlə rus əsgərlərinə xeyir-dua verib və onların hərəkətlərini dəstəkləyir – onların düzgün istiqamətdə getdiklərinə əmin edir”, – bəyanatda deyilir.

Sonrakı yazı
Qarabağdakı sülhməramlıların komandanı dəyişdi
Öncəki yazı
Polşanın Xarici İşlər naziri Zbiqnev Rau Gürcüstana səfər edib