Çexiya Prezidenti: “Qərb Rusiya-Ukrayna müharibəsində tam qələbənin olmayacağına hazırlaşmalıdır”

3

“Qərb Rusiya-Ukrayna müharibəsində tam qələbənin olmayacağına hazırlaşmalıdır”

QafqazTürk xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel III Çarlzın tacqoyma mərasimi üçün Londona səfəri zamanı “The Guardian”a müsahibəsində danışıb.

“Düşünürəm ki, biz ukraynalıları həvəsləndirmək və onlara uğur qazanmalarına dəstək olmaq üçün əlimizdən gələni etməliyik. Lakin daxildə biz digər gözlənilməz vəziyyətlərə də hazır olmalıyıq”, – Pavel bildirib.

Onun sözlərinə görə, Kiyevdə belə bir anlayış var ki, “rusiyalıları qiymətləndirməmək lazım deyil, çünki onların kifayət qədər canlı qüvvəsi var, köhnə olsa belə, hələ də kifayət qədər texnikası var, bəlkə də azdır, amma onların xeyli sayda artilleriya qurğuları, onların çoxlu sursatları var”.

0
0
Sonrakı yazı
Texasda avtomobil piyadaların üzərinə sürülüb, ölənlər var
Öncəki yazı
Netanyahu İsraildə zərərsizləşdirilən və ya saxlanılan terrorçuların rekord sayını açıqlayıb