This is a specific ad

Çexiya prezidenti: Çin Avropa ölkələrini parçalamaq və ya Avropanı ABŞ-dan ayırmağı alqışlayır

47

Another advertisement

“Demokratik dünyanın Çinlə münasibətdə vahid yanaşmaya ehtiyacı var,” – QafqazTürk “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib.

Pavel qeyd edib ki, Çinin Ukraynada davam edən müharibə fonunda hərəkətləri Çinin konstruktiv oyunçu olmadığını göstərdi. Onun sözlərinə görə, Avropa ölkələri Pekini Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırmadığına görə tənqid ediblər.

“Biz görürük ki, Çinin strateji hədəfləri bizimkinə uyğun gəlmir. Çin cəmiyyətinin üzərində qurulduğu dəyərlər bizim dəyərlərimiz deyil və olmayacaq! Əgər Çinlə münasibətdə balanslı olmaq istəyiriksə, o zaman dünyanın bütün demokratik ölkələri ilə birgə fəaliyyətə ehtiyacımız var”, – Pavel bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr liderləri, məsələn Almaniya və ya Fransa son aylarda Çinə səfəri zamanı ikitərəfli münasibətləri qoruyub saxlamağa və inkişaf etdirməyə çalışsalar da, yalnız vahid Avropa İttifaqı Pekinə bərabərhüquqlu tərəfdaş kimi yanaşa biləcək. .

“Çin istənilən ikitərəfli görüşü, açıq-aydın, Avropa ölkələrini parçalamaq və ya Avropanı ABŞ-dan ayırmaq şansına görə alqışlayır. Ona görə də vurğulamaq lazımdır ki, biz Çinlə münasibətlərdə yalnız birlik sayəsində uğur qazana bilərik”, – Çexiya prezidenti bildirib.

Sonrakı yazı
İsrail hərbiçiləri “İslami-cihad”ın daha bir liderini zərərsizləşdirib
Öncəki yazı
“Yeni Düşüncə İnstitutu” və “Qafqaz Evin”in birgə təşkilatçılığı ilə Marneulili gənclərə siyasətlə bağlı təlim keçirilir