This is a specific ad

Çexiya axtarışda olan “qanuni oğru” Gürcüstan vətəndaşını Ermənistana təhvil verib

74

Another advertisement

Çexiya axtarışda olan “qanuni oğru” Gürcüstan vətəndaşını Ermənistana təhvil verib. QafqazTürk.com xəbər verir ki,Ermənistan mətbuatı bu barədə məlumat yayıb və qeyd edilir ki,həmin şəxs Ermənistan vətəndaşından külli miqdarda pul tələb etməkdə ittiham olunur və axtarışdadır.

Mövcüd məlumata görə,2016-ci il martın 26-da İrəvandakı restoranlardan birində bir qrup şəxslə razılaşaraq,özünü „qanuni oğru“ kimi təqdim edən Gürcüstan vətəndaşı vətəndaşlardan birinin ailəsinə hədə-qorxu gələrək 20 min dollar tələb edib.Zərərçəkənin restorana “Range Rover Sport” markalı avtomobillə gəldiyini öyrəndikdən sonra ondan maşını tələb edib və açarı götürüb.

Ermənistanda “qanuni oğru” adlandırılan şəxsə qarşı cinayət işi başlanıb. Məhkəmə onun həbs edilməsi barədə tələbi irəli sürüb,bundan sonra onun barəsində axtarış elan edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Zəlzələ Türkiyəyə nə qədər ziyan vurdu? Erdoğan açıqladı
Öncəki yazı
İyulun 4-nə olan rəsmi məzənnə – dollar və avronu hansı qiymətə alacaqsınız?