This is a specific ad

Çempionlar Liqasında ilk finalçı məlum oldu

29

Another advertisement

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

QafqazTürk.com xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada bəlli olub.

Birinci oyunda “Milan”ı 2:0 hesabı ilə məğlub edən “İnter” cavab matçında da üstün olub – 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Beləliklə, iki oyunun cəmində rəqibindən 3:0 üstün olan “İnter” Çempionlar Liqasında ilk finalçı adını qazanıb.

Qeyd edək ki, yarımfinalın bu gün keçiriləcək digər oyununda İspaniya “Real”ı (Madrid) İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Madriddəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Kateqoriya: İdman
Sonrakı yazı
Ukrayna 2024-cü ildə NATO üzvü ola bilər
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?