This is a specific ad

Çempionlar Liqası: “Qalatasaray” bu gün həlledici oyuna çıxacaq

41

Another advertisement

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.

QafqazTürk.com xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.

C qrupunda isə “Napoli” ilə “Braqa” ikinci yerin sahibini öz aralarındakı görüşdə müəyyənləşdirəcəklər. Portuqaliya təmsilçisi 1/8 finala keçmək üçün minimum 2 top fərqi ilə qələbə qazanmalıdır.

Bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Real Sosyedad” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.

Kateqoriya: İdman
Sonrakı yazı
Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü – FOTO/VİDEO
Öncəki yazı
Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər yenidən sərtləşdirilə bilər