Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.
QafqazTürk.com xəbər verir ki, A, B, C və D qrupunun oyunları keçiriləcək.
A qrupunda yer alan “Qalatasaray” Türkiyədə Almaniyanın “Bavariya” klubunu qəbul edəcək. Qrupun digər matçında “Mançester Yunayted” “Kopenhagen”i sınağa çəkəcək.
C qrupunda “Real Madrid” səfərdə “Braqa” ilə üz-üzə gələcək. Qrupun digər görüşündə “Union” Almaniyada “Napoli”ni qəbul edəcək.
D qrupunda yer alan turnirin son finalçısı “İnter” “Zaltsburq”u sınağa çəkəcək. B qrupunda “Arsenal” “Sevilya”nın qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
24 oktyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Xal durumu: “Bavariya” – 6, “Qalatasaray” – 4, “Kopenhagen” – 1, “Mançester Yunayted” – 0.
B qrupu
23:00. “Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə)
23:00. “Lans” (Fransa) – PSV (Niderland)
Xal durumu: “Lans” – 4, “Arsenal” – 3, “Sevilya” – 2, PSV – 1.
C qrupu
23:00. “Braqa” (Portuqliya) – “Real Madrid” (İspaniya)
23:00. “Union” (Almaniya) – “Napoli” (İtaliya)
Xal durumu: “Real Madrid” – 6, “Napoli” – 3, “Braqa” – 3, “Union” – 0.
D qrupu
20:45. “İnter” (İtaliya) – “Zaltsburq” (Avstriya)
23:00. “Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya)
Xal durumu: “Real Sosyedad” – 4, “İnter” – 4, “Zaltsburq” – 3, “Benfika” – 0.