This is a specific ad

Çempionlar Liqası: “Milan” “Napoli”yə qarşı, “Real Madrid” “Çelsi”ni qəbul edir

41

Another advertisement

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

QafqazTürk.com xəbər verir ki, turnirin son qalibi “Real Madrid” İspaniyada “Çelsi”ni, digər oyunda isə İtaliyada “Milan” “Napoli”ni qəbul edəcək.

Hər iki oyun 23:00-da start götürəcək.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)

Madrid, “Santyaqo Bernabeu” stadionu

23:00. “Milan” (İtaliya) – “Napoli” (İtaliya)

Milan, “San Siro” stadionu

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sına 3:0, İtaliya “İnter”i isə Portuqaliyada “Benfika”ya 0:2 hesabı ilə qalib gəlib.

Kateqoriya: İdman
Sonrakı yazı
Kvemo Kartlidə qanunsuz odlu silah-sursat müsadirə edilib
Öncəki yazı
Ulduz falı: 12 aprel 2023-cü il