• 03 Dekabr 2023 10:59

Çempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində

Avatar photo

ByHacı Xəlilzadə

Apr 11, 2023

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

QafqazTürk.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər görüşdə isə Portuqaliyada olacaq. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

11 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
Mançester, “Etihad” stadionu

23:00. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
Lissabon, “Eştadiu du Benfika” stadionu

1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.

10340cookie-checkÇempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində

Bir cavab yazın