Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
QafqazTürk.com xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Püşk nəticəsində 32 komanda səkkiz qrupa bölünəcək. UEFA püşkdən öncə klubları dörd səbətə bölüb. Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” ən aşağı reytinqlilərin yer aldığı dördüncü səbətdə yer alıb.
Çempionlar Liqası
Qrup mərhələsinin püşkatması
I səbət
“Mançester Siti” (İngiltərə), “Sevilya”, “Barselona” (hər ikisi İspaniya), “Napoli” (İtaliya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland)
II səbət
“Real Madrid”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “İnter” (İtaliya), “Borussiya Dortmund”, “Leypziq” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya)
III səbət
“Şaxtyor” (Ukrayna), “Zalsburq” (Avstriya), “Milan”, “Latsio” (hər ikisi İtaliya), “Srvena Zvezda” (Serbiya), “Braqa” (Portuqaliya), PSV (Niderland), “Kopenhagen” (Danimarka)
IV səbət
“Yanq Boyz” (İsveçrə), “Real Sosyedad” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya), “Nyukasl” (İngiltərə), “Union” (Almaniya), “Antverp” (Belçika), “Lans” (Fransa)