Another advertisement
Ramzan Kadırov bildirib ki, onun qüvvələri “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanını yatırmağa kömək etməyə hazırdır.
QafqazTürk.com xəbər verir ki,Çeçenistan lideri Ramzan Kadırov “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasındakı qarşıdurma ilə bağlı nəhayət bəyanat yayaraq, muzdlu dəstəni pislədiyini və onun qüvvələrinin dəstə rəisi Yevgeni Priqojinin qiyamını yatırmağa kömək etməyə və lazım gələrsə, sərt üsullardan istifadə etməyə hazır olduğunu bildirib.
Kadırov açıqlamasında Priqojinin davranışını “arxadan bıçaq” adlandırıb və rus əsgərlərini heç bir “təxribat”a boyun əyməməyə çağırıb.