This is a specific ad

Çavuşoğlu: “Suriya ilə münasibətlərdə irəliləyiş ilkin şərtlər olmadan mümkündür”

72

Another advertisement

“Suriya ilə münasibətlərin normallaşdırılmasında irəliləyiş ilkin şərtlər olmadan mümkündür”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ancaq bu, Suriya hakimiyyətinin yanaşmasından asılıdır və əgər ilkin şərtlər varsa, deyərlər ki, Silahlı Qüvvələrinizi köçürün, onda irəliləyişdən danışmağa ehtiyac yoxdur. Amma biz yol xəritəsi çərçivəsində atacağımız konkret addımları müəyyən etsək, o zaman bəzi sürətli addımlar mümkündür” – deyə, o vurğulayıb.

Çavuşoğlu bir müddət əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 10-da Moskvaya gedəcəyini bildirmişdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə Cereteli prospektində reabilitasiya işləri zamanı 12-ə yaxın məzarlıq aşkar edilib
Öncəki yazı
Tbilisi teleqülləsi Avropa İttifaqı bayrağı rənglərində işıqlandırılıb