Another advertisement
“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir!”.
QafqazTürk.com xəbər verir ki, bu sözlərlə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə əlaqdar bəyanatlarına cavab verib.
“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir! Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Bu mövqelərində israrlı olan fürsətçilər öz gizli niyyətləri və ikiüzlülükləri ilə xatırlanacaqlar. Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden 1915-ci il hadisələri ilə əlaqdar erməni iddialarına dair verdiyi yazılı bəyanatda “soyqırımı” ifadəsini işlətmişdi.