This is a specific ad

Çavçavadze prospektində baş verən yanğın ölümlə nəticələnib

41

Another advertisement

Çavçavadze prospektində baş verən yanğında 42 yaşlı yanğınsöndürən dünyasını dəyişib.

Dünən, dekabrın 21-də Tbilisinin Çavçavadze prospektində yerləşən binada, yanğınsöndürmə prosesində iştirak edən 42 yaşlı yanğınsöndürən-xilasedici ölüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetmə Xidməti acınacaqlı məlumatı yayıb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidməti yanğınsöndürən-xilasedici, mülki təhlükəsizlik leytenantı, 1982-ci il təvəllüdlü Qiorqi Lelaşvilinin vəfatından dərin hüznlə kədərləndiyini bildirir.

Fövqəladə Halların İdarəetmə Xidməti baş vermiş hadisə ilə bağlı dərin hüznlə başsağlığı verir, həlak olan yanğınsöndürən-xilasedicinin ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir – məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bədbəxt hadisə: Türkiyədə təcili yardım helikopteri qəzaya uğrayıb, ölənlər var
Öncəki yazı
Vladimir Putin Üçüncü Dünya Müharibəsi barəsində – Təhlükə çoxdur və getdikcə böyüyür