This is a specific ad

Candar sakinləri içməli su problemindən əziyyət çəkirlər

60

Another advertisement

Artıq bir neçə gündür ki, Marneuli bələdiyyəsinin Candar kənd sakinlərinə içməli su verilmir, buna səbəb isə içməli su borusunun sıradan çıxmasıdır.

Marneuli şəhərinin deputatı Vasil Xaxulasvili Candar qəsəbəsinə gedərək, problemlə yerindəcə tanış olub.O, əhali ilə söhbəti zamanı qeyd etdi ki, köhnə boru, yenisi ilə əvəzlənəcək və əhaliyə suyun verilməsi yaxın günlərdə bərpa olunacaq.

Qeyd edək ki, Marneulidə su təchizatı kanalizasiya sisteminin tikintisi işləri həyata keçirilir. Lahiyə başa çatdıqdan sonra Marneuli və ətraf kəndlərin əhalisi 24 saatlıq su təchizatından və yeni kanalizasiya infrastrukturundan yararlanacaq. Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir, sözü gedən işlər üçün 135 milyon laridən çox vəsait ayrılıb

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ჯანდარის მოსახლეობას სასმელი წყლის პრობლემა აწუხებს
Öncəki yazı
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsində mənfi saldo yaranıb