This is a specific ad

Candar sakinləri su təchizatı və kanalizasiya sistemin tikintisi işlərini həyata keçirən şirkətin fəaliyyətindən narazıdırlar

22

Another advertisement

Marneuli bələdiyyəsinin Candar qəsəbəsinin 300 araqveli küçəsində yaşayan sakinlər su təchizatı kanalizasiya sisteminin tikinti işlərini həyata keçirən “China Geo” şirkətinin fəaliyyətindən narazıdırlar. Onların sözlərinə şirkət işləri düzgün formatda həyata keçirmir.

“Bizim problemimiz su borusudur. Nazik boru ilə su çəkirdilər. Bizə deyirlər ki, su bununla gələcək, ancaq bu mümkün deyil. Bizə böyük su borusu lazımdır. Su problemindən çox əziyyət çəkirik. Ayda 4 dəfə su almalı oluruq”, – Eltun Əsgərov dedi.

Candar qəsəbəsində su təchizatı kanalizasiya sisteminin tikinti işlərini aparan şirkətin nümayəndəsi hadisə yerinə gələrək, sakinləri narahat edən problemi həll edəcəyini və işlərin onların istəyinə görə həyata keçiriləcəyini bildirib

“Candar əhalisinin problemləri ilə bağlı bizə müraciət etdi. Mən nəzarət etmək üçün bura gəldim. Burada olan səhv işləri bu gün yekunlaşdıracağıq. Hər şey yolunu qaydasına düçəcək”, – “China Geo” şirkətinin kordinator-meneceri Ramin Vəliyev


Qeyd edək ki, Marneulidə su təchizatı kanalizasiya sisteminin tikintisi işləri həyata keçirilir. Lahiyə başa çatdıqdan sonra Marneuli və ətraf kəndlərin əhalisi 24 saatlıq su təchizatından və yeni kanalizasiya infrastrukturundan yararlanacaq. Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir, sözü gedən işlər üçün 135 milyon laridən çox vəsait ayrılıb
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu gün gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
ჯანდარის მაცხოვრებლები წყლისა და კანალიზაციის სისტემის პრობლემა აქვთ