This is a specific ad

Cənubi Koreya Google-u 32 milyon dollar cərimələyib

81

Cənubi Koreya Google-u 32 milyon dollar cərimələyib
Another advertisement

Cənubi Koreya Google-u 32 milyon dollar cərimələyib. Amerika şirkəti olan “Google” vəzifə səlahiyyətlərindən sui-istifadədə və mobil oyun bazarında haqsız rəqabətə görə ittiham olunur.

Koreya Ədalətli Ticarət Komissiyasının məlumatına görə, Google koreyalı rəqibi One Store Co-nu mobil oyun bazarında sıxışdıraraq bloklamağa çalışıb. İddiaya görə, Google bir neçə Koreya şirkətindən (NCSoft Corp. və Netmarble Corp.) ,kiçik firmalar və Çin şirkətlərindən öz yeni oyun və proqramlarını Google Play Store-a buraxmağını xahiş edib. Bunun müqabilində isə Google adıçəkilən oyun və proqramların mobil oyun bazarında populyarlaşdıracağına söz verib. 

Cənubi Koreyanın mobil proqramlar bazarının təxminən ¾-nə nəzarət edən Google, Google Play Store-dan istifadə edən tərtibatçılara üstünlük verdiyinə dair iddiaları rədd edir: “Heç bir qanun pozulmayıb. Google platformaları hər kəs üçün açıqdır! “- deyə Google -un mətbuat xidməti bildirib.

Koreya Ədalətli Ticarət Komissiyası bildirir ki, Google 2016-cı ilin iyun ayında, One Store şirkəti Koreyanın mobil proqramlar bazarında peyda olduğu zaman bir neçə koreya və çin oyun şirkətlərinə şərti təkliflər verməyə başlayıb. Beləliklə, Google  “One Store Co”-un yeni oyunlar cəlb etməsinə mane olaraq, onun satışlarının azalmasına səbəb olub. Komissiyanın sözlərinə görə, bu yolla Google gəlirlərini 1,8 trilyon artırmışdır.

Qeyd edək ki, son aylarda Hindistan və Böyük Britaniya da daxil olmaqla, Google-a  ABŞ-dan kənarda  da antiinhisar ittihamları gəlib.

Sonrakı yazı
Gürcüstan yumurtanı hansı qiymətə alır?
Öncəki yazı
Sosial yardım necə almalı və hara müraciət etməlisiniz?