This is a specific ad

Cənubi Afrika Putinin həbsinin qarşısını almaq üçün Moskva ilə danışıqlar aparır – KİV

84

Another advertisement

Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrikada planlaşdırılan sammitdə onlayn, videokonfrans formatında iştirak etməsi üçün Cənubi Afrika Respublikası hökuməti ilə Moskva arasında danışıqlar aparılır.

QafqazTürk xəbər verir ki, bu barədə The Sunday Times agentliyi məlumat yayır.

Qeyd edək ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların “qanunsuz deportasiyası”na görə Vladimir Putinin həbsinə order verib. Məhkəmənin yurisdiksiyasını tanıyan Cənubi Afrikanın Putini ölkəyə gələcəyi təqdirdə həbs etmək öhdəliyi var.

Avqustda Cənubi Afrikada keçirilməsi planlaşdırılan sammitdə 5 ölkə – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika iştirak edəcək. Cənubi Afrika Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən və onun Ukraynaya təcavüzünü pisləməkdən imtina edir.

Cənubi Afrikanın hakim partiyası, Afrika Milli Konqresi, aprelin 21-də, avqustda mümkün səfəri zamanı Rusiya prezidenti Vladimir Putini həbs etməmək üçün ölkənin Roma Əsasnaməsindən çıxması ilə bağlı müzakirələrə başlayıb.

İndiyə qədər Cənubi Afrika 2015-ci ildə Haaqa Məhkəməsinin həbs qərarına baxmayaraq, Sudanın o vaxtkı prezidenti Ömər əl-Bəşirin Cənubi Afrikaya səyahəti zamanı həbs etmədiyi üçün beynəlxalq tənqidlərə səbəb olub.

P.S Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunaldır. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi isə 15 iyun 1998–17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir.

Sonrakı yazı
AqroBizneslə məşğul olanların DİQQƏTİNƏ!
Öncəki yazı
Moldovada rusiyayönlü partiyanın sədr müavini Marina Tauber həbs edilib