Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 49 mln. dollar (ötən ilin müvafiq göstəricisinə bərabərdir), əsaslı xərclər isə 4,5 mln. dollardan çox olub (12,5% artım).
Bu barədə “APA-Economics” BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.
“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, – hesabatda qeyd olunur.
Bildirilir ki, ilin üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 mln. kubmetr olub.