This is a specific ad

“Cənubi Osetiyanı Gürcüstanla birləşdirən yolun açılması faydalı olacaq”-Cambolat Tedeyev

237

Another advertisement

Şimali Osetiya parlamentinin üzvü Cambolat Tedeyevin sözlərinə görə, “Cənubi Osetiyanı Gürcüstanla birləşdirən yolun açılması faydalı olacaq”

QafqazTürk Media xəbər verir ki, Tedeyev hesab edir ki, yeni yolun açılması Rusiyadan asılıdır.

“Böyük strateji tərəfdaşımıza qarşı sanksiyalar tətbiq olunanda, onun üçün yolları açmaq lazımdır. Bunu Rusiyanın Ali Baş Komandanı Vladimir Putin bildirib. Əgər biz İranda, Azərbaycanda Ermənistanda, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə tranzit açsaq və büdcəmizə pul  daxil olsa, bu pismi olar?” – deputat bildirib.

Cambolat Tedeyevin dediyinə görə, 2008-ci ildə “yol bağlananda əvəzində heç nə təklif etməyiblər”.

“2008-ci ilə qədər böyük qardaşımız olmadığı üçün özümüzü təhlükəsiz hiss etmirdik. Bu gün Rusiya sərhədlərimizi və respublikamızın təhlükəsizliyini qorumaq öhdəliyini üzərinə götürüb. Orada 4-cü hərbi baza da var. Bizim suverenliyimiz yolun açılmasına və ya bağlanmasına baxmayaraq, olduğu kimi qalacaq. Parlamentdə dörd partiya var, insanları toplayıb dialoq aparsaq, Cənubi Osetiya sakinləri sadəcə dinləyib müəyyən bir nəticəyə gələcəklər”.

Xatırladaq ki, işğal olunmuş ərazini Gürcüstanın qalan hissəsi ilə birləşdirən yol 2008-ci ilin avqust müharibəsindən sonra bağlanıb. Son illər Rusiya dəfələrlə tranzit yolunun açılmasından danışıb.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
İran hicab qanunlarına qarşı çıxan qadınlar üçün müalicə klinikası açmağı planlaşdırır
Öncəki yazı
Ermənistanda Gürcü Kitab guşəsi açılıb