Cənubi Koreyada bir həftəlik matəm elan edilib

111

Cənubi Koreyada Jeju Air sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 179 nəfər ölüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC xəbər verib.

Nəşrin verdiyi məlumata görə, ölkədə 7 günlük matəm elan edilib və bu müddət ərzində dövlət idarələrində bayraqlar dalğalanacaq.

Qeyd edək ki,  xilasedicilər iki ekipaj üzvünü xilas edə bilib, onlar da xəstəxanaya çatdırılıblar.

Xatırladaq ki, Tailandın paytaxtı Banqkokdan sərnişin daşıyan “Boeing 737-800” Muan beynəlxalq hava limanına enərkən divara çırpılıb. Fəlakət zamanı təyyarənin göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olub. Qeyri-rəsmi versiyalardan birinə görə, fəlakətə quşun təyyarənin şassisinə girməsi səbəb olub.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
Skandinaviya və Baltikyanı ölkələrdən Gürcüstana çağırış
Öncəki yazı
İrakli Kobaxidze Cənubi Koreyaya başsağlığı verib