Another advertisement
Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib.
QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, şarların içərisində müxtəlif tullantılar – plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub.
Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb. Ölkə silahlı qüvvələrinin baş qərargah rəislərinin komitə nümayəndəsi bildirib ki, onlar ətraflı təhlil üçün yığılıb.
“Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir, biz KXDR-i qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırmağa çağırırıq”, – deyə komitədən məlumat verilib.