This is a specific ad

Cənubi Koreya it ətinin istehlakını qadağan edir

47

Another advertisement

Cənubi Koreya hökuməti 2027-ci ilə qədər ölkədə it ətinin istehlakını tamamilə dayandırmaq üçün 2023-cü ilin sonuna qədər xüsusi qanunun tətbiqinə razılıq verib.

Qafqaztürk xəbər verir ki, məlumatı “The Korea Herald” yayıb.

Bildirilib ki, Cənubi Koreya Prezident Administrasiyası, hakim partiya nümayəndələrinin növbədənkənar birgə iclasında itlərin yetişdirilməsi, kəsilməsi, eləcə də it ətinin ixracı və satışını qadağan edən qanun layihəsinin təqdim olunması ilə bağlı razılığa gəliblər.

Qanun layihəsi ölkə parlamentində səsverməyə çıxarılacaq. Hökumət bu istiqamətdə fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi verməyi planlaşdırır.Məlumata görə, 2022-ci ildə Cənubi Koreyada qida üçün itlər yetişdirən 3500-ə yaxın təsərrüfat olub.

Bu təsərrüfatlar ölkə üzrə təxminən 3000 restoranı it əti ilə təmin edir. Ötən il keçirilən sosioloji rəy sorğusuna görə, 18 və daha yuxarı yaşda olan insanların 64 faizi it ətinin yeyilməsinə mənfi münasibət bəsləyib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
დღეს გალაკტიონ ტაბიძის დაბადების დღეა
Öncəki yazı
Gürcü politoloq: “ABŞ Qafqazı öz oyununa alət edə bilməyəcək”