This is a specific ad

Bədbəxt hadisə: Türkiyədə təcili yardım helikopteri qəzaya uğrayıb, ölənlər var

27

Another advertisement

Türkiyənin cənub-qərbində təcili yardım helikopterinin xəstəxana binasına çırpılması nəticəsində 4 nəfər dünyasını dəyişib.

QafqazTürk  Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Əldə olan məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında helikopterin Muğla Tədris və Araşdırma Xəstəxanasının ərazisindən havaya qalxdığı, içərisində iki pilot, bir həkim və daha bir tibb işçisinin olduğu bildirilib.

Muğla vilayətinin valisi İdris Akbıyık jurnalistlərə açıqlamasında bildirib ki, vertolyot əvvəlcə xəstəxana binasının 4-cü mərtəbəsinə, sonra isə yerə çırpılıb. Binanın içərisində və yerdə heç kim xəsarət almayıb. Qatı duman zamanı baş verən təyyarə qəzasının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
“İnsanlar daha mitinqə getmirlər”-İrakli Kobaxidze
Öncəki yazı
Çavçavadze prospektində baş verən yanğın ölümlə nəticələnib