Bədbəxt hadisə: Qızılhacılı kənd sakini avtomobil qəzasında dünyasını dəyişib

185

Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakini Zaur Əliyev baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

QafqazTürk Media xəbər verir ki, qəza “Lilo Mall” yolunda baş verib.

Əldə etdiyimiz məlumata əsasən, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, onun idarə etdiyi “Chevrolet” markalı avtomobil “Volkswagen” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Zaur Əliyev hadisə yerində dünyasını dəyişib, digər avtomobildə olan üç nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik!

Sonrakı yazı
Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketi ilə bağlı razılığa gəliblər
Öncəki yazı
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdədir