Bədbəxt hadisə: Marneulidə yeniyetmə uşağı avtomobillə vurub

119

Marneulidə sürücülük vəsiqəsi olmayan yeniyetmə 6 yaşlı uşağı avtomobillə vurub.

QafqazTürk Media xəbər verir ki, hadisə Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində baş verib.

Əldə olan məlumata görə, sürücülük vəsiqəsi olmayan 17 yaşlı yeniyetmə yüksək sürətlə hərəkət edərkən qəza törədib və 6 yaşlı uşağı vurub.

Ağır bədən xəsarətləri alan azyaşlı dərhal Marneulidəki klinikalardan birinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Yol-nəqliyyat hadisəsi baş verib- yaralananlar var
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir