Another advertisement
İşğal altında olan Qaqrada baş verən qəzada 3 nəfər dünyasını dəyişib. Məlumat yerli media tərəfindən yayılır.
Məlumata görə, yerli sakinlərdən biri drenaj sistemini qazmaq üçün texnika və işçilərlə müqavilə imzalayıb. Daha sonra o, iki dostu ilə birlikdə işlərə baxmaq üçün qazılan çuxura enib, bu zaman torpaq çöküb.
Hadisə yerinə Fövqəladə Hallar Xidməti cəlb olunsa da, heç birini xilas etmək mümkün olmayıb.