This is a specific ad

Bütün dünyada İT sistemlərinin mühüm problemləri müşahidə olunub – bankların, media orqanlarının və aviaşirkətlərin işində məhdudiyyətlər yaranıb

91

Another advertisement

Bütün dünyada İT sistemlərində ciddi məhdudiyyətlər qeydə alınıb. Aviaşirkətlərin, medianın, bankların, təcili yardım xidmətlərinin işində problemlər yaranıb. Bir çox reyslər gecikir, hava limanlarında növbələr və qeyri-müəyyənlik yaranıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, dünyanı əhatə edən yaranmış problemin səbəbi məlum deyil, lakin Microsoft problemin aradan qaldırılması istiqamətində tədbirlər gördüyünü deyir. Problemin CrowdStrike kibertəhlükəsizlik firmasının proqram təminatında olduğu güman edilir.

Qeyd edək ki, ABŞ Mülki Aviasiya Administrasiyası məlumat verir ki, United Airlines, Delta Airlines və American Airlines uçuşları dayandırıb.

Səbəb: Qlobal kommunikasiya problemləri. Uçuşların gecikmələri Berlin və İspaniyada qeydə alınıb.

London birjası kiber insident səbəbindən işini dayandırıb. ABŞ və Kanadada təcili yardım xidmətləri ilə bağlı problem yaranıb. Britaniyanın Sky News kanalı canlı yayımlaya bilməyib.

Tokiodan təxminən 60 kilometr aralıda yerləşən Yaponiyanın Narita hava limanında JetStar, Jeju Air, Qantas, HK Express və Spring Japan aviaşirkətləri sistemlərində problemlər olduğunu bildiriblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polis maşını və motosiklet toqquşdu- Ölən var
Öncəki yazı
Marneuli bələdiyyəsinin meriyasında qadınlarla görüş baş tutub