Təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze çıxışı zamanı bildirib ki, Gürcüstanda mövcud fizika və riyaziyyat məktəblərinin gücləndirilməsi istiqamətində fəal iş aparılır.
Bundan əlavə, nazir bütün dövlət məktəblərində fizika və riyaziyyat fənləri üzrə gücləndirilmiş kurikulumun yaradılacağını bildirib.
“Biz gələcək nəslimiz üçün ən lazımlı olacağına inandığımız bacarıq, səriştə və biliklərə diqqət yetirəcəyik. Adını çəkə biləcəyim ilk şey fizika-riyaziyyat məktəbləri və riyaziyyatın bir fənn kimi təkmilləşdirilmiş tədrisidir. Biz bütün dövlət məktəblərində riyaziyyat və fizika üzrə gücləndirilmiş kurikulum yaratmaq istəyirik, şərti olaraq bu fənni mexanika adlandıra bilərik, çünki ilkin olaraq bunu hamı üçün tətbiq etməyəcəyimizi düşünürük. 11 və 12-ci siniflər üçün ümumi baxışımız var ki, bu prosesdə bir neçə məcburi fəndən başqa, qalan fənlər artıq məktəblinin maraqlarına uyğunlaşdırılsın”,-Aleksandre Tsuladze qeyd etdi.