Burun damcılarının təhlükəli əks təsirləri açıqlanıb

226

Another advertisement

Vazokonstriktor burun damcılarının mütəmadi istifadəsi təhlükəli nəticələrə səbəb ola bilər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyalı mütəxəssislər açıqlayıblar.

Mütəxəssislərin fikrincə, burun üçün vazokonstriktor dərmanları uzun müddət (bir-iki ay dövri və ya daimi) istifadə olunduqda asılılıq yaradır. Asılılıq zamanı dərmana reaksiya verən reseptorların sayı azalır. Buna görə də, insanın getdikcə daha böyük bir dozaya ehtiyacı yaranır.

“Belə miqdarda damcı qəbul etmək təhlükəlidir, çünki bu, qan təzyiqinin artmasına, selikli qişaların qurumasına və orada qabıqların yaranmasına və anosmiya – qoxu itkisinə səbəb ola bilər”, – deyə mütəxəssislər xəbərdarlıq ediblər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Müharibəyə yollanmasın deyə özünə balta ilə xəsarət yetirib
Öncəki yazı
Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib