This is a specific ad

Burkina Fasoda yeni bir terror aktı

45

Another advertisement

Burkina Fasoda hərbi hissəyə terror aktı nəticəsində 33 əsgər həlak olub.

Ordudan verilən yazılı açıqlamada Qurma əyalətində yerləşən hərbi hissənin şəxsiyyəti məlum olmayan şəxslərin hücumuna məruz qaldığı açıqlanıb.

Açıqlamada qarşıdurmada 40 terrorçunun zərərsizləşdirildiyi, lakin 33 əsgərin həyatını itirdiyi, 12 əsgərin yaralandığı qeyd edilib.

Qeyd edək ki, Burkina Faso 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının hücumlarının hədəfi olub.

Sonrakı yazı
Gürcüstanda ümumi daxili məhsul azalıb yoxsa artıb? – Sakstat açıqlayır
Öncəki yazı
Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında yeni əməkdaşlıq