BÜRCLƏR – 15.08.2023

1

15 avqust, 2023-cü il tarixi üçün ulduz falını təqdim edirik:

Qoç, 15 avqust, 2023-cü il

Gün sizi təəccübləndirəcək.  Ancaq elə gözlənilməz hadisələr baş verəcək ki, özünüz də məəttəl qalacaqsınız.   Bu vəziyyətdə özünüzü  necə ələ almalı və necə davranmalı olacağınıza  tez qərar verə biləcəksiniz. Günün əvvəlində sizə yaxın olan insanlara  kömək etmək üçün öz işlərinizi bir kənara qoymalı olacaqsınız.

Elə hadisələrlə qarşılaşacaqsınız ki, dərhal  çözüm yolu axtarıb tapmalı olacaqsınız. Maraqlı və çətin vəziyyətlərdən çıxa biləcəksiniz

Çalışın günorta vaxtı çox işləməyəsiniz.  Bu saatlarda çətin işlər planlaşdırmamaq daha yaxşıdır.

Bütün ciddi söhbətlər təxirə salınmalıdır. Bir az dincəlin özünüzü daha yaxşı hiss edəcəksiniz.

Buğa, 15 avqust, 2023-cü il

Bu gün içinizdə kiçik bir şübhə belə varsa,  aktiv hərəkətlər etməmək daha yaxşıdır. Bir az fasilə edin, istirahət edin. Bu gün isistifadə edə bilərsiniz və bu gün istirahət üçün idealdır. Nəyə önəm verdiyinizi düşünün, arzularınızı və prioritetlərinizi müəyəyn edin.  Yeni ideyalarınız və planlarınız olacaq.

İşiniz çox olacaq ki, hər şeyə diqqət edə bilməyəcəksiniz.  Amma vacib həll edilməli  tapşırıqlar olacaq. Hər şeyi təkbaşına düşünməli deyilsiniz.

Yaxınlığınızda kömək  etməyə hazır olan insanlar var. Onlara üz tuta bilərsiniz.

Əkizlər, 15 avqust, 2023-cü il

Bu gün planlar qurmaq asan olacaq, amma onları həyata keçirmək çətin ola bilər. Lazımi məlumatları vaxtında almaq üçün səy göstərməli və ya dəstəyinə ehtiyac duyduğunuz insanlarla danışıqlar aparmalı olacaqsınız.

Bir az gözləyin, səbrli olun. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək. O zaman hərəkətə keçərsiniz.

Gün çoxdan görmədiyiniz dostları ziyarət etmək üçün münasibdir. Hobbinizlə bağlı tədbirlərdə iştirak etmək də faydalı olacaq. Uzun bir dostluğun başlayacağı tanışlıq ehtimalı var.

Xərçəng, 15 avqust, 2023-cü il

Əvvəllər qeyri-mümkün görünən işləri etmək şansı olacaq. İndi boş yerə vaxt itirməmək önəmlidir. Günə ən vacib işlərlə, ən ciddi söhbətlərlə başlayın. Əvvəllər sizi başa düşməyən və sizi dəstəkləməyən, həmişə tənqidi fikirlər üçün səbəblər tapan insanlarla ünsiyyət qurmaq asanlaşaacq.  Ünsiyyət problemlərinin səbəbi sadə anlaşılmazlıqdır.

Gün yeni şeylər öyrənmək, məlumat toplamaq və təhlil etmək, həmçinin keçmişi düşünmək, yekunlaşdırmaq üçün əlverişlidir. Bu, sizə hədəflər qoymağa və bundan sonra hara gedəcəyinizə qərar verməyə kömək edəcək.

Şir, 15 avqust, 2023-cü il

Əvvəllər çoxlarını çaşdıran suallara cavab tapmaq şansı olacaq. Bəzi Şirlərə başqa insanların təcrübəsi kömək edəcək. Bəziləri isə, öz müşahidələri kifayətlənə bilir.

Fikirərinizi ətrafınızdakı insanlarla paylaşın. Bu onları çox xoşbəxt edə bilər.

Tanışlarınızdan biri planınızın həyata keçirilməsində sizə kömək etmək istəyəcək. Onun köməyi sizin üçün önəmlidir.

Yeni tanışlarla anlaşmaq asan olacaq.

Əslində sizin onlarla  düşündüyünüzdən daha çox ümumi cəhətiniz var .

Söhbət üçün çoxlu maraqlı mövzular olacaq. Axşam dostlarınızı ziyarətə dəvət edə bilərsiniz.  Birlikdə gözəl vaxt keçirəcəksiniz.

Qız, 15 avqust, 2023-cü il

Günün necə keçməsindən asılı olmayaraq, əsəbi və narahat olmayacaqsınız. Bu, düzgün qərarlar qəbul edə biləcək, yüni situasiyalarla ayaqlaşa biləcəksiniz.

Özünüzə hakim olmanız çoxlarını heyran edəcək. Əvvəllər sizə arxalana biləcəyinə şübhə edən insanlar fikirlərini dəyişəcəklər. Tezliklə onlardan maraqlı təkliflər ala bilərsiniz.

Pulla ehtiyatlı olmaq lazımdır. Bu gün maliyyə məsələlərinin həllində bir qədər qeyri-ciddiliyə meylli olacaqsınız.

Bu, uğursuz itkilərə səbəb ola bilər. Ehtiyacınız olmayan heç nəyi almayın.

Tərəzi, 15 avqust, 2023-cü il

Səhər saatlarında olan mübahisələrin qarşısını almaq mümkün deyil. Bu zaman hətta sevdiklərinizlə razılaşmaq  çətin olacaq. Həyəcanlanmamağa, təxribatlara boyun əyməməyə və hər şeydə sağlam düşüncəyə arxalanmağa çalışın.

Belə olarsa, mübahisələrə tez bir zamanda son qoya biləcək və hər kəsin xoşuna gələcək bir həll tapa biləcəksiniz.

İşlə bağlı gecikmələrdən narahat olmayın. Onlar gözlənilməz və xoşagəlməz ola bilər, lakin istədiyiniz nəticəni əldə etməyə mane olmayacaqlar.

Əqrəb, 15 avqust, 2023-cü il

Bir neçə gözəl fikir ortaya çıxacaq. Onların heç birini unutmayın. Fakt budur ki, planlaşdırılan hər şey dərhal həyata keçmir. Gələcək üçün qeydlər edin. Bu bir gün sizə mütləq laızm olacaq.

Gün vacib görüşlər üçün münasibdir.

Yeni tanışları sevindirmək və ya köhnə tanışlarla  dil tapa bilmək üçün səy göstərməyinizə ehtiyac yoxdur.  Rəqiblərinizlə belə dostluq edə bilərsiniz.

Oxatan, 15 avqust, 2023-cü il

Günün sakit keçəcəyi ehtimalı azdır. Bir anda bir neçə işlə məşğul olmaq və gözlənilməz məsələləri həll etmək lazım ola bilər.  Ancaq bu, yaxşı əhval-ruhiyyəni və özünə inamı qoruyub saxlamağa mane olmayacaq. Hər şey dərhal alınmayacaq,buna görə də, məqsədinizə çatana qədər işdən çıxmayacaqsınız.

Yaxınlarınızla bəzi çətin sualları müzakirə edəcəksiniz.  Hamını narahat edəcək şeylər haqqında danışacaqsınız.  Xırda fikir ayrılıqları ola bilər. Amma  siz buna görə mübahisə etməyəcəksiniz.  Günorta ailə işləri ilə bağlı gözəl xəbərlər alacaqsınız.

Oğlaq, 15 avqust, 2023-cü il

Günün birinci yarısı  xırda şeylərdən narahat olmayın. Gərgin anlardan və ünsiyyətdə çətinliklərdən qaçmağa çalışsanız, çoxları sizi səhv başa düşəcək, işlərinizə yersiz müdaxilə edəcək və ya lazımsız məsləhətlər verəcək.

Bu məsələlərə müdrikcəsinə yaxınlaşın. Mənfi emosiyalara yol verməsəniz, vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək.

Günortadan sonra təşəbbüsü ələ ala bilərsiniz. Bu, həyatın bütün sahələrinə aiddir. İdeyalarınızı bölüşməkdən çəkinməyin.

Dolça, 15 avqust, 2023-cü il

Günün birinci yarısında  böyük dəyişikliklər gözlənilir.  Ancaq qətiyyətli addım atmağa tələsməyin. Hər şeyi düşünmək, mövcud vəziyyəti anlamaq, sizin üçün həqiqətən nəyin vacib olduğunu başa düşmək üçün sizə bir az vaxt lazımdır.

Səbrli olun, ürəyinizi dinləyin. Sizi yaxşı tanıyan insnalarln belə məsləhətini dinləməyin.

Günün ikinci yarısı qeyri-adi bir tədbirə dəvət olunacaqsınız.  İmtina etməyin – bu, maraqlı olacaq.

Balıq, 15 avqust, 2023-cü il

Olduqca darıxdırıcı, həyata keçməsi çətin olan bir işin öhdəsindən gəlməlisiniz. Hər şeyə mümkün qədər ciddi yanaşmağa çalışacaqsınız.

Bu davranışınız  səhvlərdən qaçmağa, istədiyiniz nəticəni əldə etməyə imkan verəcək.

Sizə heç kim kömək təklif etmir. Amma buna kədərlənmirsiniz, əksinə sevinirsiniz.   Çünki bütün işlərinizi özünüz gördüyünüz üçün kiməsə işin necə edilməli olduğunu izah etməyə vaxt sərf etmək istəmirsiniz.

Narahatlıqlarınız çoxdur. Amma dostlarla görüşməyə, ailə tədbirinə, yaxınlarınızla görüşə vaxtınız olacaq.  Sizə əziz olanlarla gözəl vaxt keçirəcəksiniz. Romantik bir görüş qeyri-adi və yaddaqalan olacaq.

0
0
Sonrakı yazı
Gömrük işçiləri Sadaxlıda xüsusilə külli miqdarda bəyan edilməmiş qızıl əşyalar aşkar ediblər – ƏTRAFLI
Öncəki yazı
DİN: Fəlakətin episentri olan Şovidə torpaq kütləsinin 90 faizi yoxlanılıb