This is a specific ad

BÜRCLƏR – 26.04.2023

77

Another advertisement

26 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edirik:

Qoç

Bu gün sosial cəhətdən aktiv olacaqsınız. Tamamilə fərqli dost qrupları sizinlə söhbət etmək istəyə bilər və ya siz sosial enerjinizi dolduran müxtəlif tədbirlərə dəvət oluna bilərsiniz. Bu tədbirlərd siz özünüzü daha vacib və ya təsirli göstərməyə çalışaraq həqiqəti bir az şişirtməyə çalışacaqsınız.  Özünüz ola bilmirsiniz. Sanki içinizdəki  çatışmazlığı  özünüzü olduğunuzdan artıq göstərməyə çalışaraq, doldurmağa çalışırsınız.

Olduğunuz yerlərdən və yaxşı dostlarla yaxınlaşmaqdan həzz alacaqsınız

Çalışın özünüzü rahat hiss edəcək dostluqlar qurun. Yəni öz səviyyənizdə olan insanlarla yaxınlıq edin. Bu gün  uzunmüddətli dostluqlar qurmaq günüdür.

Buğa

Bir yerdə ilişib qalmayın, ağac deyilsiniz.

Hər kəs zaman-zaman monotonluqda ilişib qalır. Amma siz iradəniz və ətrafınızdakı dünya haqqında daha çox öyrənmək istəyi ilə bu vəziyyətdən çıxa bilirsiniz. Qarşılaşdığınız fürsətlər çətin ola bilər və ya öyrəşdiyiniz kimi olmaya bilər.

Rahatlıq zonasından çox vaxt stresli olur. Lakin bilik əldə etmək və özünüzü təkmilləşdirmək üçün motivasiyanız bu maneələri aşa bilər. Sevgi həyatınızda özünüzlə bağlı qərarlar verəcəksiniz və bu sizi layiq olduğunuz sevgiyə yaxınlaşdıracaq. Hər şey yavaş-yavaş öz yoluna düşür.

Əkizlər

Başqa insanlara qarşı həssas olmaq qorxulu ola bilər.

Amma buna dəyər nəticələr əldə edəcəksiniz. Həyatınızdakı bir qrup insanla adətən dərin və ya ciddi mövzular haqqında danışa bilmirsiniz.

Şərtlər bu gün başqa insanlara etibar etməyinizi tələb edə bilər və onlarda aranızda olan bağı gücləndirə bilər.Əgər onlar sizə və daxili dünyanıza daha çox bağlı hiss etsələr, sizə kömək etməyə daha çox istəkli ola bilərlər.

Ona görə də həqiqətinizi bölüşməkdən çəkinməyin. Karyeranızda sizi istədiyiniz yerə apara biləcək məsləhətlər almaq və ya qarşınızdakı maneəni aradan qaldırmaq üçün bu vacibdir.

Xərçəng

Sosial dairəniz indi sizin üçün yeni qapılar aça bilər. Adətən başqalarının sizə yaxınlaşmasını gözləyirsiniz.

Lakin son zamanlarda özünüzə inamınızın artması başqalarından istədiyinizi tələb etməyə və ya dostluq etmək istədiyiniz insanlarla ünsiyyət qurmağa kömək edə bilər. Biri ilə maraqlandığınız zaman, gözləmək və sizi görəcəyini ümid etmək əvəzinə, kütlədən fərqlənərək, ona yaxınlaşın və özünüzü tanıdın. Siz buna layiqsiniz.

Diqqəti özünüzə çəkməyiniz yaxşıdır! Unutmayın,  hətta ilk addımı atan siz olsanız belə, qarşı tərəf sizi öz həyatında görməkdən məmnun olacaq.

Şir

Sizinlə nevə rəftar edilməsini istəyirsinizsə, başqalarına qarşı  elə davranın.

Həmkarlarınıza xeyirxahlıq məqsədilə kömək etməyə çalışın  Bu sizin üçün mənasız görünə bilər, amma onlar üçün çox mənalıdır. Onların köməyi sizi yaxın gələcəkdə düşəcəyiniz real dalandan xilas edə bilər. Bir-birinə söykənmək hər kəsə uğur qazanmağa kömək edəcək.

Sevgiyə gəlincə, vəziyyət bir az fərqli ola bilər. Dostlarınızın kim olduğuna əmin olmadan şəxsi həyatınızla bağlı müəyyən məlumatları açıqlamaqdan haqlı olaraq çəkinə bilərsiniz. Nə hiss etdiyinizə əmin olana qədər susmaq yaxşıdır.

Qız

Başqaları ilə əylənmək sosial əlaqələrinizi dərinləşdirə bilər.Diqqətinizi çəkən, haqqında çox şey öyrənmək istədiyiniz insanla bu gün hisslərinizin qarşılıqlı olmasına dair işarələr ala bilərsiniz.

Tək olmaq sizi hər zaman narahat edib. Bir-birinizi tanımaq üçün şans yaranacaq.  Onunla  özünüz də düşünmədiyiniz bir yerdə yaxınlaşma imkanınız olacaq. Məsələn birlikdə oyun oynaya və ya filmləri müzakirə edə bilərsiniz. Unutmayın ki, əsl dostluq  birlikdə etdiyiniz fəaliyyətlərlə inkişaf edə bilər.

Əgər həll olunmasına ehtiyacınız olan problemləriniz varsa, dostluğunu artıq sübut etmiş birinin yanına gedə bilərsiniz. Yeni tanış olduğunuz birinə problemlərinizi danışmayın. Əks halda  sonradan bir-birinizi terapevti rolunu oynayacaqsınız.

Tərəzi

Ətrafınızdakı insanların adət-ənənələrə əhəmiyyət vermədiklərini və ya öz həyat tərzini sizə tətbiq etdiklərini hiss edə bilərsiniz. Əslində onlar vacib hesab etdiklərini qorumaq istəyir. Bir fərd olaraq, bəzi ənənələrinizi həm inkişaf etdirməyi, həm də qorumağı seçə bilərsiniz. Çox adamın getmədiyi yola qədəm qoyduğunuzun fərqində olun, özünüzü buna hazırlayın.

Əvvəlcə çox sayda tərəfdarınız olmaya bilər, ancaq bunu özünüz üçün edirsiniz. Uğurunuz görünən kimi ətrafınızdakı insanlaırn sayı artacaq.

Əqrəb

Dosta kömək etmək zamanınızn sürətlə keçməsinə səbəb olacaq. Çox yaxşı tanımadığınız biri sizdən kömək istəyə bilər və siz onlara maneələri aşmaqda və ya görüləcək işlər siyahılarını tamamlamaqda köməklik etmək üçün birlikdə çalışacaqsınız.

Birlikdə danışıb gülə bilərsiniz. Adi işlər görərkən belə bu əyləncəli atmosferi yaratmaq həm əhvalınızı yüksəldəcək, həm də zamanın sürətlə keçməsinə səbəb olacaq.

Sizin üçün ailə kimi olan dostlar iş yükünü yüngülləşdirə bilər. Tək qaldığın zaman həyatın insanlarla daha gözəl olduğunu başa düşürsən.

Oxatan

Dünyanın bilməsini istədiyiniz yaradıcı istedadınız ola bilər, lakin siz sənətkarlığınız baxımından tam olaraq olmaq istədiyiniz yerdə deyilsiniz.

İstedadlarınız üzə çıxmaq istəyir, ancaq getmək istədiyiniz yolu artıq keçmiş başqa bir insanın rəhbərliyinə ehtiyacınız ola bilər. Bəzi dərin söhbətlər irəlilədikcə sizi gücləndirəcək. Qısa yol tutmayın. Güclənin. Unutmayın ki, bu qısa bir səfər deyil, siz özünüzü marafona hazırlayırsınız!

Oğlaq

Özünüzü həmişəkindən daha emosional hiss edə bilərsiniz. Ailənizlə və ya köhnə dostlarınızla vaxt keçirmək nostalji hissinizi oyandıra bilər.

Xatirələrinizi uzun müddətdir həyatınızda olan insanlarla bölüşmək həm təsəlliverici, həm də acılı ola bilər. Haradan gəldiyinizə və harada olduğunuza baxdığınız zaman özünüzü daha rahat hiss edəcək və sahib olduğunuz hər şey üçün minnətdarlıq hissi yaşayacaqsınız.

İndi sahib olduğunuz və əvvəllər istədiyiniz hər şeyi xatırlayın. Narahatlıqlarınız azalacaq və dünyagörüşünüz bir çox cəhətdən yaxşılaşacaq. Açıq qavrayışlarınız ən yaxşını görməyə kömək edə bilər.

Dolça

İndi intuisiyanız və məntiqiniz hökmranlıq uğrunda mübarizə apara bilər. Sizə seçim imkanı təqdim olunacaq.  Bu zaman sizi naməlum amillər əsəbləşdirə bilər.

Rasional qərar vermək sizə düzgün görünməyə bilər. Bilinməyənə doğru addımlamaq çətindir, amma önəmli olan hiss etdiyiniz və həyatdan nə istədiyinizdir. Yaradıcı olun və aşkar maneələri dəf etmək üçün intuisiyanızın dediklərinə əməl edin. Planlaşdırmaqla çata bilməyəcəyiniz əlçatmaza əliniz çatacaq. İki nəfər kimi  başladığınız bu yolu tək davam etdirəcəksiniz.

Balıq

İzdihamı izləmək sizə yaxşı hiss etdirmir. Dostlarınız qrupunuz və ya daha böyük bir icma hamınız yeni bir tendensiyaya doğru hərəkət edə bilərsiniz.

Lakin şəxsən siz bunu istəmirsiniz. Ətraf mühitin təzyiqi müqavimətinizə meydan oxuya bilər. Siz öz bildiyinizi edin. Bir halın onlar üçün düzgün olması sizin üçün uyğun olduğu demək deyil. Bunu hamıya başa salmağa çalışın.

Kütlə psixologiyasından uzaq olun. Unutmayın ki, sürü qərarları nadir hallarda təhlükəsiz olur. Bu səbəbdən də,  instinktlərinizə etibar edin. Fərqli bir yerə gəlsəniz belə, bu sizin öz seçiminiz olacaq. Bu isə vacib olandır.

Sonrakı yazı
Kaxa Kaladze İsrailin Gürcüstandakı səfiri ilə görüşüb
Öncəki yazı
Zelenski: Hər şeyi etmək lazımdır ki, Rusiya nüvə obyektlərindən dünyanı şantaj etmək üçün istifadə etməsin